FED-in iyunda faizi artıracağı ilə bağlı ehtimallar kəskin yüksəlib

FED-in iyunda faizi artıracağı ilə bağlı ehtimallar kəskin yüksəlib
5 May 2017
Mətni dəyiş
ABŞ Federal Ehtiyat Sisteminin (FED) iyunun 13-14-də keçirəcəyi növbəti iclasında uçot dərəcəsini artırması ehtimalı 93%-ə çatıb.
"Report" xəbər verir ki, mayın 2-3-də keçirilən son iclasdan əvvəl bu göstərici 69% olub.
Son iclasın yekun çıxışında FED maliyyə bazarlarını faizləri iyun iclasında artıracağı barədə tam əmin etməsə də, o, ABŞ iqtisadiyyatında fundamental amillərin güclü olduğunu xatırladıb. FED həmçinin bildirib ki, ilk rübdə açıqlanan zəif iqtisadi göstəricilər müvəqqəti xarakter daşıyır və ABŞ-da istehlak həcmi yüksəlməyə davam edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun