Faiq Əmirlinin məhkəməsi başlayıb

Faiq Əmirlinin məhkəməsi başlayıb
19 May 2017
Mətni dəyiş
Bu gün Səbail rayon Məhkəməsində AXCP sədri Əli Kərimlinin köməkçisi, “Azadlıq” qəzetinin direktoru Faiq Əmirlinin cinayət işi məhkəmənin hazırlıq iclası keçirilib.
APA-nın xəbərinə görə, hakim Aytən Əliyevanın sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
F. Əmirlinin vəkilləri - Aqil Layıcov və Fəxrəddin Mehdiyev vəsatətlə çıxış edərək, təqsirləndirilən şəxs barəsində cinayət işinə xitam verilməsi və ya həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət veriblər.
Məhkəmə vəsatətləri təmin etməyib.
Məhkəmə baxışı iyunun 1-nə təyin edilib.
Faiq Əmirli 2016-cı il avqustun 20-də saxlanılıb. O, əvvəlcə Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunub. Aprelin 17-də ona yeni ittihamlar irəli sürülüb – Cinayət Məcəlləsinin 213.1-ci maddəsi (vergidən yayınma) və 308-ci maddəsi (vəzifə səlahiyyətindən sui-istifadə).
Azərbaycan Xalq Cəbhəsi Partiyası F. Əmirlinin həbsini siyasi sifariş sayır. F. Əmirlinin həbsindən sonra “Azadlıq” qəzetinin çapı dayanıb. Üstəlik, qəzetin bir sıra əməkdaşları prokurorluğa çağırılıb, ifadələri alınıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun