Faiq Əmirlinin işi məhkəməyə göndərildi

Faiq Əmirlinin işi məhkəməyə göndərildi
10 May 2017
Mətni dəyiş
“Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirlinin işi üzrə istintaq başa çatıb və cinayət işi baxılması üçün Səbayel Rayon Məhkəməsinə göndərilib.
Vəkil Fəxrəddin Mehdiyev bildirib ki, Əmirli, əsasən Cinayət Məcəlləsinin 213.1 (xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) və 283.1-ci (KİV-dən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrilə ittiham olunur.
Faiq Əmirli 2016-cı il avqustun 20-də saxlanılıb. O, əvvəlcə Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunub. Aprelin 17-də ona yeni ittihamlar irəli sürülüb - Cinayət Məcəlləsinin 213.1-ci maddəsi (vergidən yayınma) və 308-ci maddəsi (vəzifə səlahiyyətindən sui-istifadə).
Azərbaycan Xalq Cəbhəsi Partiyası F. Əmirlinin həbsini siyasi sifariş sayır. F. Əmirlinin həbsindən sonra “Azadlıq” qəzetinin çapı dayanıb. Üstəlik, qəzetin bir sıra əməkdaşları prokurorluğa çağırılıb, ifadələri alınıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun