Elgiz Qəhrəman 13 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb

Elgiz Qəhrəman 13 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb
27 May 2017
Mətni dəyiş
NİDA Vətəndaş Hərəkartının üzvü Elgiz Qəhrəman  13 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. 
Qeyd edək ki, digər NİDA-çı məhbuslar İlkin Rüstəmzadə və Bayram Məmmədov da 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılırlar.
Elgiz Qəhrəman ötən il avqustun 12-də saxlanıb və həmin gün onun haqqında CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib.
E.Qəhrəman Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılıb. Həmin müddətdə vəkili yanına buraxılmayıb.
E.Qəhrəman yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay azadlıqdan məhrum edilib.
Fəalın həm özü, həm də üzvü olduğu NİDA Vətəndaş Hərəkatı həbsin siyasi motivli olduğunu bildirib.
Beynəlxalq Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun