Daha bir AXCP üzvü işdən azad edillib

Daha bir AXCP üzvü işdən azad edillib
4 May 2017
Mətni dəyiş
Azərbaycan Xalq Cəbhəsi Partiyasının Xətai rayon şöbəsinin fəalı Elxan Nuriyev mayın 3-də “Azərsu” Səhmdar Cəmiyyətinin Nəqliyyat və Xüsusi Texnika İdarəsində sürücü vəzifəsindən azad edilib. Bnuna səbəb kimi Nuriyevin Milli Şuranın aprelin 8-də keçirilən icazəli mitinqində iştirakı və siyasi fəal olması göstərilib.
“Mənə bildirdilər ki, mitinqdə iştirakım rəhbərliyin xoşuna gəlməyib. AXCP-dən istefa verməyimi istədilər. Mən də eriraz etdim. Bu zaman dedilər ki, ya könüllü işdən azad olunmaq barədə ərizə yaz, ya da başqa yollarla işdən azad ediləcəksən. Mən də könüllü işdən azad edilmək barədə ərizə yazdım”, deyə Nuriyev Turan-a bildirib.
“Azərsu” Səhmdar Cəmiyyətindən bu məlumata münasibət almaq hələki mümkün olmayıb.
Xatırladaq ki, Milli Şuranın aprelin 8-də “Koprupsiyaya, monarxiyaya, talana yox!”, “Siyasi məhbuslara azadlıq!” şüarı ilə keçirdiyi mitinqdən sonra mitinqdə iştirak edən 5 AXCP fəalı işdən azad edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun