Beynəlxalq Bankın böhranı Azərbaycanın istiqrazlarını da vuracaq

Beynəlxalq Bankın böhranı Azərbaycanın istiqrazlarını da vuracaq
19 May 2017
Mətni dəyiş
Azərbaycan Beynəlxalq Bankının (ABB) defolt olunmuş öhdəliklərinin restrukturizasiya planı ilə bağlı gələn həftə yeni məlumatların açıqlanmasına uyğun olaraq Azərbaycan dövlət istiqrazlarının gəlirliliyini 40 baza bəndi artıra bilər.
"Bloomberg" agentliyi xəbər verir ki, bu açıqlama ilə Avstriyanın "Raiffeisen Bank İnternational AG" çıxış edib. Bankın analitiki Gintaras Şlijyus qeyd edib ki, əgər hökumət öz üzərinə əlavə öhdəliklər götürərsə, bu, onun müstəqil balansına təsir edəcək.
Borclanma faizinin artması isə Azərbaycanın iqtisadi çətinliklərini dərinləşdirə bilər. Belə ki, hazırda Azərbaycan bahalı enerji layihələrini maliyyələşdirmək üçün xarici bazarlarda kapital axtarır. Həmçinin qeyd olunub ki, ABB-nin 3,3 mlrd. ABŞ dolları dəyərində öhdəliklərinin restrukturizasiyası Azərbaycanın iki devalvasiyadan sonra milli valyutasını sabit saxlamaq istədiyi bir şəraitdə baş verir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun