Bağlanan iki bankın əmlakı hərraca çıxarılır

Bağlanan iki bankın əmlakı hərraca çıxarılır
16 May 2017
Mətni dəyiş
Azərbaycanda ləğvetmə prosesində olan banklardan ilk olaraq "Royal Bank" ASC və "Atrabank" ASC-nin əmlakları hərraca çıxarılacaq.
Bunu Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov APA-ya bildirib. Onun sözlərinə görə, yaxın zamanlarda bununla bağlı müqavilə imzalanacaq:
"Artıq Hərrac Mərkəzi ilə danışıqlar aparılıb. Fondun Himayəçilik Şurası tərəfindən əmlakların hərraca və satışa çıxarılması qaydaları hazırlanıb və təsdiqlənib. Yaxın zamanlarda Hərrac Mərkəzi ilə müqavilə imzalanacaq.
"Atrabank"ın bütün əmlakı satışa çıxarılacaq. Əmlaklar satıldıqca kreditorların tələbləri daha sürətlə yerinə yetiriləcək. "Atrabank"ın əmlakların bazar dəyəri 14 milyon manat dəyərində qiymətləndirilir. Əmlakların balans dəyəri isə 37 milyon manat təşkil edir".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun