“Azərişıq” ötən ili 26 mln. manat xalis zərərlə başa vurub

“Azərişıq” ötən ili 26 mln. manat xalis zərərlə başa vurub
24 May 2017
Mətni dəyiş
“Azərişıq” ASC-nin aktivləri bu il yanvarın 1-nə 2,374 mlrd. manat təşkil edib.
Şirkətin maliyyə hesabatına istinadən verilən xəbərə görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 17,1% çoxdur.
2016-cı ildə “Azərişığ”ın cəmi kapitalı 0,6% artaraq 1,377 mlrd. manat, nizamnamə kapitalı isə 32,8% azalaraq 886 mln. manat təşkil edib. Səhmdar cəmiyyətin öhdəlikləri isə 51,1% artaraq 996 mln. manat olub.
“Azərişıq” 2016-cı ili 25,636 mln. manat xalis zərərlə başa vurub. Bu isə 2015-ci ilə nisbətən 18,1% azdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun