Azərbaycan Qəbələ RLS-in saxlanmasına 759,4 min manat xərcləyib

Azərbaycan Qəbələ RLS-in saxlanmasına 759,4 min manat xərcləyib
26 May 2017
Mətni dəyiş
Azərbaycanın dövlət büdcəsindən 2013-cü ilin ortalarında Rusiyadan təhvil alınmış Qəbələ Radiolokasiya Stansiyasının (RLS) saxlanması üçün müəyyən qədər vəsait xərclənib. Bu haqda “2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının verdiyi rəydə qeyd edilib. Bildirilib ki, bu məqsədlə 2016-cı ildə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə 759,4 min manat vəsait ayrılıb və 100% icra olunub.
Həmin vəsait  əsasən “Qəbələ Radiolakasiya stansiyasının inzibati təsrrüfat zonası və texniki mövqe” MMC-nin əmlak kompleksinin mühafizəsi və saxlanılmasına xərclənib. Rusiya uzun müddət icarəyə götürdüyü Qəbələ RLS-dəki fəaliyyətini 2012-ci ilin dekabrında dayandırıb. Qəbələ RLS hazırda Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin balansındadır. Maraqlıdır ki, rəsmi şəkildə Qəbələ RLS-in işləmədiyi bildirlib. Bu halda 759,4 min manatın xərclənməsi sual doğurur...

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun