Azərbaycan hasilatın azaldılması razılaşmasına əməl edir

Azərbaycan hasilatın azaldılması razılaşmasına əməl edir
5 May 2017
Mətni dəyiş
Neft ölkələrinin gündəlik hasilatı azaltmaq barədə razılaşması çərçivəsində Azərbaycan götürdüyü öhdəliyə aprel ayında da tam əməl edib.
Abzas.net xəbər verir ki, bu haqda Energetika Nazirliyinin məlumatında bildirilir.
Nazirlik vurğulayır ki, Azərbaycan Vyana razılaşmasına uyğun olaraq apreldə gündəlik neft hasilatı ilə bağlı məlumatları Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.
Həmin məlumatda bildirilir ki, aprel ayında ölkə üzrə gündəlik neft hasilatı 781,1 min barel olub. Bunun 726,8 min barelini xam neft, 44,3 min barelini kondensat təşkil edib. Gündəlik 601,6 min barrel xam neft, 54,3 min barrel kondensat, 19 min barrel isə neft məhsulları ixrac etməklə Vyana razılaşmasına əməl olunub. Yəni hasilat sutkada 35 min barel azaldılıb.
Nazirlik onu da bildirib ki, respublika üzrə yanvarda gündəlik neft hasilatı 793,9, fevralda 776,4, martda isə 733,3 min barrel olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun