Azərbaycan Beynəlxalq Bankı kreditorlarına müraciət edib

Azərbaycan Beynəlxalq Bankı kreditorlarına müraciət edib
12 May 2017
Mətni dəyiş
Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 4 may 2017-ci il tarixli qərarına əsasən və “Banklar haqqında” qanuna uyğun olaraq “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) öhdəliklərinin könüllü restrukturizasiyası prosesinə başlanılıb.
Abzas.net xəbər verir ki, bu barədə Bankın rəsmi mətbuatdakı açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, restrukturizasiya prosesinin təsir etdiyi kreditorlar məhkəmə qərarının və restrukturizasiya planının layihəsinin surətlərini ABB-nin baş ofisindən (Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 67) və Nəsimi Rayon Məhkəməsindən əldə edə bilərlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun