Avropa Parlamentinin missiyası Bakıya gəlir

Avropa Parlamentinin missiyası Bakıya gəlir
17 May 2017
Mətni dəyiş
Avropa Parlamentinin xarici əlaqələr komitəsinin üzvləri mayın 22-də Bakıya səfər edəcək.
Turan agentliyinin məlumatına görə, almaniyalı deputat Devid Makalisterin rəhbərliyilə səkkiz nəfərlik nümayəndə heyəti rəsmi şəxslərlə və Milli Məclisin deputatları ilə görüşlər keçirəcək.
Nümayəndə heyəti Bakıdan Gürcüstana və Ermənistana gedəcək.
Xatırladaq ki, Avropa Parlamenti nümayəndələrinin Bakıya son səfəri 2014-cü ildə olub.
2015-ci ildə Avropa Parlamenti demokratik prinsipləri və insan hüquqlarını pozduguna görə Azərbaycan hakimiyyətini tənqid edən qətnamə qəbul etdikdən sonra rəsmi Bakı Avropa Parlamenti ilə əlaqələri kəsib.
Aİ və Azərbaycan arasında münasibətlərdə yeni mərhələ yeni saziş üzrə danışıqlara dair razılıqdan sonra başlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun