29 May 2017
Mətni dəyiş
Avropa İttifaqı Suriya hökumətinə qarşı tətbiq etdiyi sanksiyaların müddətini daha bir il uzadıb.
Bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.
Bununla bağlı qərar mayın 29-da qəbul edilib.
"Şura 2017-ci ilin mayın 29-da Suriya rejiminə qarşı məhdudlaşdırıcı tədbirləri 2018-ci ilin iyunun 1-dək uzatmaq barədə qərar verib", -deyə açıqlamada vurğulanıb.