14 May 2017
Mətni dəyiş
Avropa Birliyinin sözçüsü Maja Kocijancic Azərbaycan hakimiyyətinin 5 internet saytını bağlamasını pisləyib.
O mayın 14-də bildirib ki, məhkəmənin müfaviq qərarı müasir və demokratik cəmiyyətdə azad və müstəqil mediaya ziddir.
Qeyd edək ki, Freedom House təşkilatı da mayın 12-də məhkəmənin qərarını pisləyib.
“Azərbaycan hökuməti müstıqil media saytlarını qadağan etməklə Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycanda internet azadlığının olması ilə bağlı tez-tez istifadə etdiyi arqumentin doğru olmadığını göstərir”,təşkilatın beynəlxakq proqramlar üzrə vise-prezidenti Robert Herman deyib .
Səbail rayon məhkəməsi mayın 12-də Azərbaycan Kommunikasiyalar Nazirliyinin iddiası ilə AzadlıqRadisounu, “Azadlıq” qəzeti, Meydan TV, “Azərbaycan saatı” proqramının internet saytı və Turan TV video kanalının bloklanması barədə qərar qəbul edib.