ARDNF may ayınadək hərraclarda 1 mlrd. dollardan çox vəsait satıb

ARDNF may ayınadək hərraclarda 1 mlrd. dollardan çox vəsait satıb
1 May 2017
Mətni dəyiş
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) aprel ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb.
Abzas.net xəbər verir ki, ARDNF-nin İctimaiyyətlə əlaqələr departamentinin yaydığı məlumata görə, ötən ay Fond tərəfindən valyuta hərraclarında 220,8 mln. dollar məbləğində vəsait satılıb. ARDNF yanvar-mart ayları ərzində AMB tərəfindən keçirilən valyuta hərraclarında 793,4 mln. dollar məbləğində vəsait satıb. Beləliklə, cari ilin 4 ayı ərzində ARDNF tərəfindən hərraclarda satılan valyutanın həcmi 1 mlrd. 15,1 mln. dollar təşkil edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun