Ailəsi: "Əfqan Muxtarlının taleyindən narahatıq"

Ailəsi: "Əfqan Muxtarlının taleyindən narahatıq"
30 May 2017
Mətni dəyiş
"Biz xüsusilə son həftələr çox sıx təqib altındayıq. Bizi çox yaxından izləyirdilər. Əfqan Muxtarlının son günlərdə bununla bağlı həyəcanlı açıqlamaları da olmuşdu".
Abzas.net xəbər verir ki, bunu Tbilisi İnsan Haqları Evində jurnalist Əfqan Muxtarlının yoxa çıxması ilə bağlı keçirilən tədbirdə mühacir Daşqın Ağalarlı deyib.
Onun sözlərinə görə, izləyənlər bir neçə dəfə açıq provokasiyaya çəkmək iastəyiblər:
"Kafedə oturduğum yerdə təhqir etməyə başlayıblar. Biz bilirdik ki, bunlar Azərbaycandan xüsusi göndərilmiş adamlardır, yanlarında bir nəfər də Gürcüstan azərbaycanlısı var. Onların şəkillərini çəkmək istəyərkən üzlərini çevirib getdilər. Bu qədər açıq izləyirdilər".
Daşqın Ağalarlı onu da deyib ki, Əfqan Muxtarlı mayın 26-sı təhlükə barədə yazmışdı.
"Bütün bu olanlara baxmayaraq Gürcüstan höküməti bizlərin təhlükəsizliyi üçün heç bir addım atmayıb"- Ağalarlı deyib.
Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva isə onun həyatından narahat olduğunu bildirib:
"Dünən mənə zəng edərək evə gələcəyini dedi. Evlə zəng etdiyi yerin arasındakı məsafə 15 dəqiqədir. Daha sonra onunla əlaqə yaratmaq mümkün olmadı. Əgər başqa işi çıxsaydı zəng edib məlumat verərdi".
Leyla Mustafayevanı sözlərinə görə, Əfqan Muxtarlı prezident İlham Əliyev və ailəsinin Gürcüstandakı biznesini araşdırırdı, bu baş verənlər də onu susdurmaq üçün hesablanıb:
"Biz Əfqan Muxtarlının taleyindən narahatıq və onun başına gələcək hər şeydən Gürcüstan və Azərbaycan hakimiyyəti məsuliyyət daşıyacaqlar".
Əfqan Muxtarlı 2015-ci ildən Tiflisdə yaşayır. O, müxtəlif jurnalist araşdırmalarının müəllifidir.
Keçdiyimiz günlərdə Azərbaycan hakimiyyətinə yaxın saytların birində gedən məqalədə onun barəsində də yazılmışdı. Məqalədə adı çəkilən Fərman Ceyranov və Gözəl Bayramlı da həbs ediliblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun