26 May 2017
Mətni dəyiş
Mayın 25-i axşam saatlarında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlının saxlandığı xəbəri yayılıb.
Abzas.net xəbər verir ki, bu barədə AXCP sədri Əli Kərimli sosial şəbəkədə məlumat yayıb.
Əli Kərimlinin məlumatına görə, Gözəl Bayramlı Gürcüstandan qayıdarkən Azərbaycan sərhəddində, Sınıq Körpü sərhəd keçid məntəqəsində saxlanılıb.
Partiya sədri bildirib ki, ona müavini Gözəl Bayramlı zəng edib xəbər edib: "Gözəl xanım xeyli müddətdir ki, Gürcüstanda müalicə olunurdu. Gürcüstandan müalicənin növbəti mərhələsindən qayıdan zaman Qazax gömrük məntəqəsində Gözəl Bayramlının çantasına nəsə atıb (hələ, nə olduğu bilinmir- Ə.K) onu saxlayıblar".
AXCP sədri hadisə ilə bağlı hakimiyyətə müraciət edib. O, qadin siyasətçinin şərlənməsinin pis nəticələr verə biləcəyini deyib:
"Bütün qırmızı xətləri keçməyin! Unutmayın ki, bir gün bütün bunlara görə cavab vermək də var!"
Dövlər qurumları hələki məsələ ilə bağlı rəsmi məlumat yaymayıb.