Yandex 65 milyon dollar gəlir əldə edib

Yandex 65 milyon dollar gəlir əldə edib
28 Aprel 2017
Mətni dəyiş
Rus internet şirkəti Yandex-in ilin ilk 3 ayında dəqiq gəlirinin 2016-cı ilin eyni dövrünə görə 18 % artaraq, 65 milyon dollara (3,7 milyard rubl) çatdığı açıqlanıb.
Abzas.net xəbər verir ki, ilk üç ayda şirkət gəlirlərinin də 2016-cı ilə görə 25 faizlik artışla 20,7 milyard rubla yüksəldiyi qeyd edilib.
Avropanın ən böyük internet şirkətlərindən biri olan Yandex, Rusiyanın bazar payı baxımından ən böyük axtarış sistemidir. Şirkətin Rusiya ilə bərabər Türkiyə, Belarus, Qazaxıstan və Ukraynada da sərmayələri var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun