11 Aprel 2017
Mətni dəyiş
Bu gün Türkiyənin Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Bülent Bostanoğlu Azərbaycana rəsmi səfərə gəlib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Abzas.net-ə verilən məlumata görə, səfər çərçivəsində onun Müdafiə Nazirliyində görüşü planlaşdırılır.
Admiral B.Bostanoğlunun rəhbərlik etdiyi nümayəndə heyətinin Hərbi Dəniz Qüvvələri Komandanlığı, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi ilə tanışlığı da nəzərdə tutulub.
Səfər aprelin 14-dək davam edəcək.