Türkiyədə Azərbaycan sərmayəli 37 şirkət yaradılıb

Türkiyədə Azərbaycan sərmayəli 37 şirkət yaradılıb
24 Aprel 2017
Mətni dəyiş
Bu ilin I rübündə Türkiyədə Azərbaycan kapitalının aktivliyi azalıb.
Türkiyə Palatalar və Birjalar Birliyinin məlumatına görə, deyilən dövrdə Türkiyədə təsis edilən Azərbaycan sərmayəli şirkətlərin sayı ötən ilin eyni dövrünə nisbətən 21%, Azərbaycan investorlarının ilkin ödənişi 2,3 dəfə azalıb.
2017-ci ilin yanvar-martında 8 səhmdar cəmiyyəti, 29 məhdud məsuliyyətli cəmiyyət yaradılıb. Bunların kapitalı 2,4 mln türk lirəsidir. Vəsaitin 90%-i azərbaycanlı səhmdarlar qoyub. Ötən ilin eyni dövrübdə yaradılan 47 şirkətin kapitalı 6 mln lirə olub. Bunun 5,1 mln lirəsi Azərbaycanda daxil olub.
Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Platformunun məlumatına görə, 2017-ci ilin əvvəli üçün Türkiyədə fəaliyyət göstərən Azərbaycan sərmayəli firmaların sayı 1958-dir. Bu, Türkiyədə fəaliyyət göstərən bütün xarici sərmayəli firmaların təqribən 4%-dir.
Azərbaycan sərmayəli firmalar daha çox ticarət, tikinti və turizm sektorlarında fəaliyyət göstərirlər. Onların ən böyüyü SOCAR-dır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun