Şopinq Festivalında alış-veriş edənlərin çoxu yerlilərdir

Şopinq Festivalında alış-veriş edənlərin çoxu yerlilərdir
19 Aprel 2017
Mətni dəyiş
Bakı Şopinq Festivalının ilk 10 günü ərzində vergi orqanlarının əməkdaşları tərəfindən 400-dən çox hesab-faktura yazılıb.
Bunu jurnalistlərə vergilər nazirinin müavini İlkin Vəliyev deyib.
Onun sözlərinə görə, bu günlər ərzində qaytarılan ƏDV-nin məbləği 300 min manatı keçib.
Nazir müavini qeyd edib ki, "Tax free" xidmətlərindən istifadə edənlərin 95 faizi Azərbaycan vətəndaşları olub.
Bu açıqlamaya iqtisadçı Natiq Cəfərli də münasibət bildirib.
"Bəs deyirdilər, bu tədbir daha çox turist cəlb etmək üçündür? Bəs iddia edirdilər ki, festival ölkəyə valyuta gətirəcək? "Tax Free"ni öz vətəndaşına qaytaran zehniyyət bu ölkədə heç bir islahat edə bilməz. Bizim üçündürsə 1 aylıq ümumən Əlavə Dəyər Vergisi (ƏDV) ləğv edilsin, ticarət canlansın, olsun-bitsin, kağız-kuğuz işi də baş ağrıtmasın".
İqtisadçı "Bəyin oğurlanması" filmində "Monqolustandan gələn turistlər Monqolustan kürkünü buradan niyə alır" sualını yada salaraq, bunları əlavə edib: "Bunlar elə bilirdilər ki, Monqolustandan gələn turistlər Monqolustan kürkünü gəlib burdan alıb-aparacaqlar...".
Bu il aprelin 19-da Bakıda Şopinq Festival başlayıb. Festival 1 ay davam edəcək. Festival çərçivəsində hər hansı mal alan şəxsə həmin malın Əlavə Dəyər Vergisi geri qaytarılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun