Salyanda polis maşını qəza törədib, iki nəfər ölüb

Salyanda polis maşını qəza törədib, iki nəfər ölüb
27 Aprel 2017
Mətni dəyiş
Ələt-Astara yolunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın xəbərinə görə, hadisə yolun Salyan rayonundan keçən hissəsində qeydə alınıb.
Məlumata görə, Məmmədyarov Natiq Mehdi oğlunun idarə etdiyi DYP maşını ötmə əməliyyatı zamanı qarşıdan gələn "Mercedes" markalı avtomobillə toqquşub.
Hadisə zamanı beş nəfərin xəsarət aldığı və Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirildikləri bildirilir.
Məlumata görə, xəsarət alanlardan ikisi xəstəxanada ölüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun