Rusiya XİN-dən aprel döyüşlərinin ildönümü ilə bağlı bəyanat

Rusiya XİN-dən aprel döyüşlərinin ildönümü ilə bağlı bəyanat
5 Aprel 2017
Mətni dəyiş
ATƏT-in Minsk qrupunun həmsədr ölkələri və beynəlxalq təşkilatlar tərəfindən ötən ilin aprelində Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində qeydə alınan gərginlikdən sonra bölgədə vəziyyətin sabitləşməsi üçün fəal səylər göstərilib.
Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
Bu istiqamətdə işin davam etdirildiyini bildirən M.Zaxarova əlavə edib: “Ümid edirik ki, tərəflər danışıqlar masası arxasına keçəcək və davamlı nizamlanmaya nail olumasına istiqamətlənmiş dialoqu bərpa edəcəklər”.
Onun sözlərinə görə, Minsk qrupu və digər vasitəçilər tərəflərə danışıqlar prosesinə qayıtmağa kömək etmək üçün əllərindən gələni ediblər: "O cümlədən, 2016-cı ildə Vyana və Sabkt-Peterburq görüşləri bu mövzuya həsr olunmuşdu".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun