21 Aprel 2017
Mətni dəyiş
Rus dili son 20 ildə digər dillərdən daha çox nüfuzunu itirib. Səbəb keçmiş sovet respublikalarının linqvistik suverenliklərini təsdiqləməyə çalışmasıdır. Bu haqda "The Baltic Times" portalı yeni açıqlanmış hesabata əsasən yazır.
Sayt yazır ki, rus dilinin nüfuzunun sarsılması Moskvanın təsirinin zəiflədiyini göstərir. Rusiya prezidenti Vladimir Putin-in Ukrayna və Suriyaya hərbi müdaxilə hesabına əvvəlki supergüc mövqeyini bərpa cəhdləri bu nüfuza zərbə vurmaqdadır.
ƏKSƏR ÖLKƏLƏRDƏ AZALMA VAR
Hesabatda rus dilinin Qazaxıstanda getdikcə daha az işlədildiyi vurğulanır. 2016-cı ildə əhalinin 20.7 faizi evdə rusca danışdıqlarını deyiblər. 1994-cü ildə bu göstərici 33.7 faiz idi. Bu məlumatları "Euromonitor International" araşdırma qrupu BMT və yerli statistikalara əsasən toplayır.
Qeyd edək ki, bu həftə Qazaxıstan prezidenti Nursultan Nazarbaev ölkədə latın əlifbasına keçidlə bağlı qərar verib.
Estoniya və Latviyada ruscanı birinci dil sayanlar 10 faiz azalıb. 1994-cü ildə Latviyada 40.5 faiz, ötən il isə 29.8 faiz belə düşündüyünü söyləyib. Estoniyada durum 33.3 vs. 23.4 faizdir.
Ukraynada da rusdillilər azalır, 1994-cü ildə 33.9 faizdən ötən il 24.4 faizə düşüb. Azərbaycan, Litva, Türkmənistan və Özbəkistanda da oxşar durum yarandığı qeyd olunur.

SƏBƏBLƏR
Rus dilinin populyarlığı SSRİ dağılandan sonra ortaya çıxan siyasi qüvvələrin fəaliyyəti nəticəsində azalıb. Moskvada mənzillənən, keçmiş sovet ölkələri üzrə ixtisaslaşmış "Macro-Advisory" konsultasiya şirkətindən Chris Weafer belə düşünür: "Ölkələr sovet idarəçiliyinin əsiri olmuşdular. Azadlığa çıxandan sonra əsarətin bütün izlərini, o cümlədən də dildən qurtulmaq cəhdləri başlandı. Onlar həm də mədəni və siyasi baxımdan Rusiya təsirindən uzaqlaşmağa çalışırdılar. Qorxurdular ki, Moskva rus dili, rus təbliğatı vasitəsilə onların siyasətinə daha asanlıqla təsir göstərir", – Weafer deyir və bəzi ölkələrin Qərblə, Asiyayla siyasi alyanslar yaratmaqla, investisiya cəlbiylə Rusiyadan uzaqlaşmasını müsbət tendensiya sayır.
Moskvadakı "Renaissance Capital" investisiya bankının baş iqtisadçısı Charles Robertson da bu fikirlə razılaşır. "1991-ci ildə Sovet İttifaqı dağılandan rus dili hamının işlətdiyi bir ünsiyyət vasitəsiydi. Yeni milli liderlər ölkələrinin sabitliyindən ötrü millətçiliyi inkişaf etdirməyə can atırdılar. Baltik ölkələri məcbur edildikləri ruslaşdırılmaya nifrətlə yanaşırdılar", – deyən Robertson etnik rusların 1990-2000-ci illərdə, özəlliklə də Asiyadan Rusiyaya axın etdiyini vurğulayır. Onun fikrincə, bunun da rus dilinin populyarlığının azalmasında rolu az olmayıb.
Bircə Belarus əks istiqaməti seçib. 1994-cü ildə əhalisinin yarısı ruscanı əsas dili sayırdısa, ötən il bu rəqəm 71 faiz olub.