Prokuror Məşədi Natiqə iş istəyəcək

Prokuror Məşədi Natiqə iş istəyəcək
6 Aprel 2017
Mətni dəyiş
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilənlər – Natiq Kərimov və İnqilab Əhədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əhməd Quliyevin icraatında olan proses qapalı keçirilib.
Hakim məhkəmə istintaqının tamamlandığını elan edib. Dövlət ittihamçısına təqsirləndirilən şəxslərə cəza istəməsi üçün söz verilib. O, çıxış üçün vaxt istəyib.
Məhkəmə prosesi aprelin 13-də davam etdiriləcək.
Natiq Kərimov 2015-ci ilin dekabrında Nardaran hadisələrindən sonra həbs olunub, 2016-cı il yanvarın 19-da isə Səbail Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.
Xarici xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək casusluqda suçlanan N.Kərimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham olunur.
İnqilab Əhədov da eyni maddə ilə təqsirləndirilir, amma o, həbsdədir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun