30 Aprel 2017
Mətni dəyiş
Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna Türkmənistanın Xalq artisti fəxri adının verilməsinə dair fərman imzalayıb.
Abzas.net-in məlumatına görə, fərmanda deyilir ki, fəxri ada Polad Bülbüloğlu dostluq, qardaşlıq, mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə və Türkmənistan və Azərbaycan xalqları arasında əməkdaşlığa, İki ölkə arasında mədəni və humanitar sahələrdə dialoqun möhkəmləndirilməsinə, mahnı-musiqi sənətinin inkişafında uğurlarına və istedadına görə, layiq görülüb.