OPEC: Xam neft ehtiyatları azalmağa başlayıb

OPEC: Xam neft ehtiyatları azalmağa başlayıb
3 Aprel 2017
Mətni dəyiş
OPEC-in baş katibi Mohammad Barkindo, xam neft ehtiyatlarının azalmağa başladığını və bunun, bu il tətbiq olunan istehsal azaldılmasının bazarı tarazlığa gətirməkdə olduğunun bir işarəsi olduğunu söyləyib.
285 milyon barel olaraq hesablanan neftbazalardakı xam neft ehtiyatları, OPEC və digər bəzi istehsalçıların istehsalı salmalarına baxmayaraq neft qiymətləri üzərində hələ də təzyiq yaradır.
"Maja" xəbər verir ki, Neft  İxrac edən Ölkələr Birliyinin (OPEC) 6 üzvü və Oman, istehsalın azaldılması razılaşmasının İyun ayından sonra üçün də uzadılmasını dəstəkləyir. Səudiyyə Ərəbistanı və Küveyt, ehtiyatların beş ilin ortalamasına düşməsi lazım olduğunu qeyd edib.
Keçən həftə, OPEC-in istehsal azaldılması razılaşmasının uzadılacağı xəbəri və ABŞ-da açıqlanan məlumatların ölkədə neftayırma zavodlarının xam neft istifadəsində təxminən üç ilin ən böyük artımını reallaşdırdığını və maye yanacaq anbarlarının düşdüyünü göstərməsinin ardından neft qiymətləri bu ilin ən böyük həftəlik yüksəlişini göstərmişdi. Morgan Stanley, neft  ehtiyatlarının bu il 72 milyon barel düşdüyünü açıqlayıb.
Neft  İxrac edən Ölkələr Birliyinin (OPEC) yüksək səviyyələrdə olan ehtiyatları azaltmaqda israrlı olduğu müşahidə olunur. 25 Mayda Viyanada təşkil ediləcək nazirlər səviyyəsindəki yığıncaqda istehsalın azaldılması müqaviləsinin uzadılması müzakirə ediləcəkdir.
Bakı vaxtı ilə 07:10-a olan məlumata görə, Brent nefti 52,83 dollardan alıcı tapıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun