OPEC neft hasilatının azaldılması planını 104% yerinə yetirib

OPEC neft hasilatının azaldılması planını 104% yerinə yetirib
12 Aprel 2017
Mətni dəyiş
OPEC-ə daxil olan 11 neft hasil edən ölkə 2016-cı il noyabrın 30-da Vyana şəhərində qəbul etdiyi hasilatın azaldılması ilə bağlı planlarını mart ayında 104% yerinə yetirib. 
OPEC neft hasilatını gündəlik 1,2 mln. barel azaltmaq öhdəliyini qəbul etməsinə baxmayaraq, mart ayında hasilatı 1,25 mln. barel azaldaraq 29,76 mln. barelə endirib. Xəbərin açıqlanması "Brent" markalı neftin qiymətinin 56 dollar/bareli ötməsinə səbəb olub.
Bununla yanaşı, OPEC-in əsas üzvü olan Səudiyyə Ərəbistanı müddəti iyun ayında bitəcək Vyana anlaşmasının daha 6 ay müddətinə uzadılmasına dəstək verəcəyini açıqlayıb. Bu barədə məlumat "The Wall Street Journal"da yer alıb. Həmçinin, neft qiymətlərində bu gün müşahidə olunan artıma ABŞ-da neft ehtiyatlarının azalması amili dəstək verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun