OPEC nazirləri müqavilənin uzadılması üçün Rusiya ilə danışacaqlar

OPEC nazirləri müqavilənin uzadılması üçün Rusiya ilə danışacaqlar
27 Aprel 2017
Mətni dəyiş
OPEC üzvləri Səudiyyə Ərəbistanı və Venesuelanın energetika nazirləri istehsal azaldılması müqaviləsinin uzadılmasını müzakirə etmək üçün rusiyalı həmkarları ilə görüşəcək. Səudiyyə Ərəbistanının energetika və sənaye naziri Xalid Əl-Falih, Rusiyanın energrtika naziri Aleksandr Novak ilə bu həftə telefonla danışacağını və qarşıdakı iki həftə ərzində bir araya gələcəklərini deyib.
Mövzu haqqında məlumata malik bir mənbəyə görə, Venesuelanın neft naziri Nelson Martinez də, Çərşənbə günü Əlcəzairdə danışıqlar apardıqdan sonra Moskva səfər etməyi planlaşdırır. "Goldman Sachs"ın əmtəə bazarlarının araşdırılması depzrtamentinin direktoru Jeff Currie, OPEC-in yəqin ki, müqaviləni uzadacağını bildirib. Səudiyyə Ərəbistanı və bir qrup Orta Şərqli istehsalçı ölkə ötən həftə istehsalın azaldılmasının davam etdirilməsi məsələsində ilkin razılaşıblar.  Venesuela və Əlcəzair də Çərşənbə günü müqavilənin uzadılmasını dəstəkləyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun