Neftin yaxın 5 il üçün qiymət proqnozu azaldılıb

Neftin yaxın 5 il üçün qiymət proqnozu azaldılıb
4 Aprel 2017
Mətni dəyiş
Yaxın 5 il üçün qlobal bazarda xam neftin qiyməti üzrə proqnoz aşağı salınıb.  "RİA Novosti" agentliyi xəbər verir ki, İngiltərədə yerləşən beynəlxalq müstəqil qiymətləndirmə və araşdırma agentliyi - "Argus" şirkəti bununla bağlı hesabat hazırlayıb.
Şirkətin Neft-kimya Departamentinin vitse-prezidenti Deyv Makkaskil (Dave McCaskill) bildirib ki, "Argus" daha öncə neft qiymətlərinin yaxın 5 ildə 75 dollar/barelə qədər yüksələ biləcəyini proqnozlaşdırsa da, yeni hesabatda maksimal proqnoz 20% azaldılaraq 60 dollar/barelə salınıb.
ABŞ-da şist neft hasilatının gözlənildiyindən tez sabitləşməsi qiymət proqnozunun azaldılmasına səbəb olub. Moskvada keçirilən "Rusiya və MDB qazının monetləşməsi" adlı konfransda çıxış edən D.Makkaskil bildirib ki, ABŞ-dakı neft hasilatçıları 35-40 dollar/barel maya dəyəri ilə neft hasil etməyə müvəffəq olub: "Hazırda neft bazarındakı çətin şəraitə baxmayaraq, onlar hasilatı artırır. Bu artım düşündüyümüzdən daha yüksək səviyyədə baş verir".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun