26 Aprel 2017
Mətni dəyiş
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) 8 aprel mitinqində iştiraka görə 48 nəfərin işdən çıxarılması haqqında məlumatların doğruluğuna şübhə etdiyini bildirib.
Musavat.com saytının bu məlumatını Turan-a şərh edən Bayramlı deyib ki, fəallara təzyiqlər var, amma işdən azad edilmə yoxdur.
“Yalnız AXCP Şəki təşkilatından Əli Abdullayev işdən azd edilib ki, o da bu barədə öz “facebook” səhifəsində açıqlama yayıb. Bu fakt istisna olmaqla, qalan heç kəs işindən azad olunmayıb”, deyə Bayramlı bildirib.
Onun sözlərinə görə, AXCP Neftçala rayon təşkilatının sədri Əflatun Əhmədliyə də təzyiqlər olur.
Aprelin 25-də onu rayonun hüquq-mühafizə orqanlarına dəvət ediblər və Prezident Admisnitrasiyası adından partiyadan çıxmasını istəyiblər. Ə.Əhmədli isə partiyadan çıxmaqdansa işini itirməyini daha üstün tutacağını söyləyib.
Bayramlı hesab edir ki, kütləvi işdən çıxarılmalar haqqında məlumatlar xüsusi olaraq insanları qorxutmaq, kütləvi aksiyalarda iştirakdan çəkindirmək məqsədilə yayılır.