15 Aprel 2017
Mətni dəyiş
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqanın dəvətilə aprelin 15-də İrana rəsmi səfəri başlayıb.
Abzas.net xəbər verir ki, səfər çərçivəsində İranın siyasi və hərbi rəhbərliyi ilə keçiriləcək bir sıra görüşlərdə ikitərəfli hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinin müzakirəsi planlaşdırılır.