5 Aprel 2017
Mətni dəyiş
Aprelin 4-də müdafiə naziri Zakir Həsənov Səudiyyə Ərəbistanında rəsmi səfərdə olub. Səfər çərçivəsində ölkələr arasında hərbi əməkdaşlıq müzakirə olunub.
Abzas.net xəbər verir ki, Səudiyyə Ərəbistanında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Krallığın Vəliəhdinin varisi, Nazirlər Şurası sədrinin müavini, müdafiə naziri şahzadə Məhəmməd bin Salmanla görüşüb.
Görüşdə ölkələr arasında hərbi, hərbi-texniki əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Müdafiə naziri səfəri çərçivəsində Səudiyyə Ərəbistanında fəaliyyət göstərən İslam Hərbi Koalisiyası Mərkəzində də olub.
Azərbaycan nümayəndə heyəti qlobal terrorizmə qarşı mübarizəni əlaqələndirən mərkəzlə tanış olub və qurumun fəaliyyəti barədə ətraflı məlumatlandırılıb.