4 Aprel 2017
Mətni dəyiş
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Demokratik Qüvvələrin Milli Şurasının aprelin 9-da mitinq keçirməklə bağlı müraciətinə cavab verib.
Bu haqda Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) bildiriblər.
Verilən xəbərə görə, BŞİH aprelin 9-da Milli Şuranın mitinq keçirməsinə razılıq verməyib.
Meriya təklif edib ki, müxalifətçilər etiraz aksiyasını bir gün əvvəl, aprelin 8-də keçirsinlər.
AXCP-dən deyiblər ki, şəhər rəhbərliyinin məktubu müzakirə edildikdən sonra açıqlama veriləcək.
Demokratik Qüvvələrin Milli Şurası martın 29-u Bakıda mitinq keçirmək haqqında qərar vermişdi.
Mitinqin aprelin 9-da keçirilməsi planlaşdırılırdı.
Mitinqdə "Korrupsiyaya son, monarxiyaya yox!", "Siyasi məhbuslara azadlıq!" şüarlarının səsləndiriləcəyi bildirilmişdi.
Ötən həftə mitinqin təşkilatçıları Bakı şəhər rəhbərliyinə xəbərdarlıq məktubu göndərmişdilər.