Milli Şuranın mitinqi təxirə salınıb?

Milli Şuranın mitinqi təxirə salınıb?
21 Aprel 2017
Mətni dəyiş
Milli Şuranın aprelin 22-nə təyin olunmuş mitinqi təxirə salınıb.
Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) APA-ya verilən məlumata görə, AXCP Gənclər Komitəsinin sədri İlham Hüseyn BŞİH-ə müraciət edərək aksiyanın keçirilməyəcəyini bildirib.
AXCP Gənclər Koitəsinin sədri İlham Hüseyn Abzas.net-ə açıqlamasında bildirib ki, 22-nə mitinq planlaşdırılmayıb.
"İcra Hakimiyyətinin aprelin 9-a təyin edilən mitinqə müsbət cavab verilməmə ehtimalını nəzərə alaraq, 22-nə də müraciət edilib. Həmişə belə olur, 2-3 tarixə müraciət olunur ki, hansısa birinə verilsin"- deyə İlham Hüseyn bildirib.
Milli Şura aprelin 9-u mitinq elemək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etsə də, şəhər rəhbərliyi mitinqi ayın 8-i keçirilməsinə razılıq vermişdi.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun