Milli Şura mitinqi 8 apreldə keçirməklə bağlı qərar qəbul edib

Milli Şura mitinqi 8 apreldə keçirməklə bağlı qərar qəbul edib
5 Aprel 2017
Mətni dəyiş
Demokratik Qüvvələrin Milli Şurası Bakı Şəhər İcra Hakimiyyətinin mitinqi aprelin 8-də keçirməklə bağlı təklifini müzakirə edib.
Abzas.net xəbər verir ki, Milli Şuranın Koordinasiya Mərkəzi Bakı Şəhər İcra Hakimiyyətinin cavabından sonra təcili toplantı çağırıb. Müzakirələrin sonunda KŞ mitinqin aprelin 8-i saat 15:00-da "Məhsul" stadiosununda keçirmək qərarı qəbul edib.
Demokratik Qüvvələrin Milli Şurası martın 29-u Bakıda mitinq keçirmək haqqında qərar vermişdi.
Mitinqin aprelin 9-da keçirilməsi planlaşdırılırdı. BŞİH-nə edilən müraciətə cavab verilib ki, həmin gün yox, 8 apreldə mitinqin keçirilməsi məqsədə uyğundur.
Mitinqdə "Korrupsiyaya son, monarxiyaya yox!", "Siyasi məhbuslara azadlıq!" şüarlarının səsləndiriləcəyi bildirilmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun