Milli Məclis valyuta mübadiləsi məntəqələri açmağa icazə verib

Milli Məclis valyuta mübadiləsi məntəqələri açmağa icazə verib
25 Aprel 2017
Mətni dəyiş
Milli Məclisin bugünkü plenar iclasında “Valyuta tənzimi haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə olunaraq təsdiq edilib.
Dəyişikliyə əsasən, valyuta mübadiləsi fəaliyyətini həm fiziki, həm hüquqi şəxslər həyata keçirmək hüququna malikdir.
Valyuta mübadiləsi məntəqələrinin yeri Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılşadırılacaq.
Valyuta mübadiləsi üçün lisenziyanı MBNP verəcək.
Xatırladaq ki, valyuta mübadiləsi məntəqələri ikinci devalvasiyadan sonra, 2016-cı ilin yanvarında bağlanmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun