Mehman Hüseynov əməliyyat olunmalıdır

Mehman Hüseynov əməliyyat olunmalıdır
20 Aprel 2017
Mətni dəyiş
"Mehman hələ cəzaçəkmə müəssisəsinə köçürülməyib"
Abzas.net xəbər verir ki, bunu bloqqer Mehman Hüseynovun vəkili Elçin Sadıqov yazıb.
Onun sözlərinə görə, bir neçə gün əvvəl Mehman Hüseynovu Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsindən gələn həkimlər müəyinə ediblər və bildiriblər ki, cərrahi əməliyyata ehtiyacı var. "Deyiblər ki, M.Hüseynov əməliyyat olunması üçün vəkili (Elçin Sadıqov) yenidən müraciət etməlidir. Mehman Hüseynovun əməliyyat olunması üçün yenidən müraciət göndərdim" - vəkil bildirib.
Nəsimi RPİ-nin rəisi Musa Musayev Mehman Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, blogerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.
Martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə Mehman Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. Bloger məhkəmə zalında həbs olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun