10 Aprel 2017
Mətni dəyiş
İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin baş katibi Elizabetta Belloni aprelin 11-də Azərbaycana işgüzar səfər edəcək.
İtaliyanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, E.Belloni Bakıda Azərbaycan XİN-də bir sıra görüşlər keçirəcək.
Görüşlər zamanı siyasi dialoq, ikitərəfli əlaqələrin perspektivləri, energetika məsələləri müzakirə olunacaq.