22 Aprel 2017
Mətni dəyiş
Prezident İlham Əliyev bu gün Avstriyanın keçmiş prezidenti Heinz Fischer-i qəbul edib.
AZƏRTAC xəbər verir ki, söhbət zamanı iki ölkə arasında əlaqələrin qurulmasının 25 illiyi dəyərləndirilib. Bu illər ərzində Azərbaycan ilə Avstriya arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə dinamik şəkildə inkişaf etdiyi məmnunluqla xatırlanıb.
Görüşdə, həmçinin Avstriyanın ATƏT-də sədrliyinin prioritetləri ətrafında məsələlər də müzakirə edilib.