"Hökumət büdcədə kəsr riskini aradan qaldırmaq üçün vətəndaşın cibinə girir"

"Hökumət büdcədə kəsr riskini aradan qaldırmaq üçün vətəndaşın cibinə girir"
21 Aprel 2017
Mətni dəyiş
"Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycanın büdcə kəsrlərin neytrallaşdırmağı bacaran 4 neft ölkəsindən biri olduğunu bildirib. Mövzu ilə bağlı iqtisadçıların mövqeyini öyrəndik. 
"Büdcə kəsirlərini neytrallaşdırmağın əsas yükü vətəndaşların çiyninə düşüb"
Bu sözləri Abzas.net-ə açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Buna münasibət bildirən iqtisadçı isə deyir ki, Azərbaycanda büdcənin formalaşması, büdcə kəsrlərinin neytrallaşdırılması kommunal xərcləri və s. qiymətləri artırmaqla həyata keçib.
"Beynəlxalq reytinq agentlikləri dəfələrlə bildirirdilər ki, büdcə kəsrlərini neytrallaşdırmaq üçün kommunal xərcləri artırmalısınız, hökumət artırdı. Tövsiyə edirdilər ki, milli valyuta dəyərdən salınsın və Azərbaycan hökuməti 2 dəfədən çox devalvasiyaya getdi. Bütün bunlar büdcənin formalaşmasına, büdcə kəsrlərinin neytrallaşdırılmasına hesablanmış addımlar idi" - deyə N.Cəfərli bildirib.
İqtisadçı Natiq Cəfərli deyir ki, Fitch'in dediklərini vətəndaşların anlayacağı bir dilə tərcümə etsək, başa düşmək olar ki, Fitch deyir ki, hökumət kamunal xidmətlərin qiymətlərini qaldırmaqla, manatı dəyərdən salmaqla ümumilikdə yükü vətəndaşların çiyninə salmaqla büdcə kəsrlərini neytrallaşdıra bildi.
"Büdcədə kəsr riskini aradan qaldırmaq üçün hökumət vətəndaşların cibinə girir"
Bu sözləri isə, məsələyə münasibət bildirən iqtisadçı ekspert Məhəmməd Talıblı deyib. Məhəmməd Talıblının sözlərinə görə, hökumət işin əsas yükün vətəndaşların çiyninə qoyur.
"Dövlət büdcəsinin kəsr riskini aradan qaldırmaq məsələsin bir az sərt formada ifadə etsək, hökumət vətəndaşların cibinə girməklə həll edir. Yəni, manatı ucuzlaşdırmaq, pensiya yaşının artırılması, bəzi iqtisadi fəaliyyətləri vergiyə cəlb etməklə büdcənin gəlir mənbələrini artırır" - deyə M.Talıblı bildirib.
Məhəmməd Talıblının sözlərinə görə, burada əsas pay həm də Neft Fondundan dövlət büdcəsinə edilən transferlərdədir.
"İkinci səbəb Neft Fondundan dövlət büdcəsinə edilən transfertlərlə bağlıdır. Yəni, NF-nun büdcəsindən dövlət büdcəsinə yönələn vəsait büdcənin gəlir mənbəyi rolunda çıxış edir. Və nəticədə gəlirlərin payı artır, bu da sonucda xərclərin maliyyələşməsində mühüm rol oynayır. Bu büdcə ilə bağlı hökumətin strateji yanaşması olub" - deyə iqtisadçı Məhəmməd
Talıblı bildirib ki, 'Fitch' beynəlxalq reytinq agentliyinin hesabatına görə, Azərbaycan büdcə kəsrlərini neytrallaşdırmağı bacaran 4 neft ölkəsindən biridir. Siyahıda Konqo, Qazaxıstan, Azərbaycan, Bəhreyn olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun