Gürcüstanla Azərbaycan arasında pul köçürmələrinin həcmi artıb

Gürcüstanla Azərbaycan arasında pul köçürmələrinin həcmi artıb
15 Aprel 2017
Mətni dəyiş
Ötən ay Gürcüstandan Azərbaycana müxtəlif elektron pulköçürmə sistemləri ilə 609,1 min dollar pul köçürülüb.
Abzas.net APA-ya istinadən xəbər verir ki, bu, 2016-cı ilin mart ayı ilə müqayisədə 268,9 min dollar və ya 63,84% çoxdur. 2017-ci ilin fevral ayı ilə müqayisədə cari ilin martında Gürcüstandan ölkəmizə pul axını 70,4 min dollar və ya 13,07% artıb.
Ötən ay Azərbaycandan Gürcüstana 1 mln. 232,2 min dollar pul göndərilib ki, bu da 2016-cı ilin mart ayına nisbətən 366,9 min dollar və ya 42,40% çoxdur. Bu ilin mart ayı ilə fevral ayını müqayisə edəndə məlum olur ki, ötən ay Azərbaycandan Gürcüstana pul köçürmələrin həcmi 11,6 min dollar və ya 0,95% artıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun