10 Aprel 2017
Mətni dəyiş
Səfər çərçivəsində Elmar Məmmədyarov Polşa xarici işlər naziri Vitold Vaşçıkovski və digər rəsmi şəxslərlə görüşəcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Abzas.net-ə verilən məlumata görə, Polşaya səfər əsnasında Elmar Məmmədyarov 12 aprel tarixində Varşavada keçiriləcək Vışeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclasında iştirak edəcək.
Vışeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclası çərçivəsində nazir Elmar Məmmədyarovun ikitərəfli görüşləri və çıxışı nəzərdə tutulub.