Deputat: "Bu iki maddə qəbul olunsa, büdcədə milyardlarla problem..."

Deputat: "Bu iki maddə qəbul olunsa, büdcədə milyardlarla problem..."
25 Aprel 2017
Mətni dəyiş
“Bir çox ölkələrdə bu qanun fəaliyyət göstərir. Amma MDB məkanında  eşitməmişəm. Bu qanunun müsbət tərəfləri çoxdur”, - deputat Vahid Əhmədov parlamentin İqtisadi siyasət, sənaye  və sahibkarlıq komitəsinin aprelin 24-də keçirilən iclasında “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsinin müzakirəsi zamanı iki maddəyə etirazını bildirib.
Turanın məlumatına görə, V.Əhmədov deyib ki, qanun layihəsində mübahisə doğuran məsələ vergi ilə əlaqədardır: “Vergilər Nazirliyi dövlət büdcəsinin təxminən 60%-dən çoxunu ödədiyini deyib, ildən asılı olaraq isə bəzən bu rəqəmin 70-80%-ə  qalxdığını söyləyib”.
Bundan irəli gələrək deputat vergi sistemi ilə əlaqədar layihənin 4.2.1 və 4.2.2-ci maddələrdə qeyd olunan növbəliliyin mümkün olmayacağını söyləyib.
V.Əhmədov deyib ki, gün olur vergi orqanlarına 2-3 min sənəd verilir,  banklarla işləyirlər, həbs qoyurlar ki, vergini yığa bilsinlər. Onun fikrincə, növbəliliyə qoyandan sonra vergi borcları yaranacak. Bundan irəli gələrək deputat bu maddələrin layihədən çıxarılmasını təklif edib.
Deputat bu maddələr çıxarılmadığı halda dövlət büdcəsində vergi ilə əlaqədar olaraq problemlərin yaranacağı barədə xəbərdarlığı edib.
 V.Əhmədov deyib ki, qanun bu iki maddə ilə qəbul olunsa, dövlət büdcəsində çox böyük bir problem yaranacaq, bu isə milyonlarla yox, milyardlarla problem yaradacaq".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun