Bu il üçün Azərbaycanda qızıl hasilatı proqnozu açıqlanıb

Bu il üçün Azərbaycanda qızıl hasilatı proqnozu açıqlanıb
18 Aprel 2017
Mətni dəyiş
Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti 2017-ci ildə Gədəbəy rayonunda 64-72 min unsiya qızıl ekvivalentində hasilat proqnozlaşdırır.
Bu barədə Şirkət rəsmi saytında məlumat yayıb.
Şirkət bu il 52-58 min unsiya qızıl hasil etməyi nəzərdə tutur. Bu il ərzində Gədəbəydən 2 000-2 400 ton mis hasilatı da proqnozlaşdırılır.
Şirkət cari ilin I rübündə 11 078 unsiya qızıl hasil edib.
Hesabat dövründə şirkət 39 369 unsiya gümüş, 606 ton mis hasil edib. Hesabat dövründə 8 283 unsiya qızıl külçələri 1 220 ABŞ dolları/unsiya qiyməti ilə satılıb.
Azərbaycanda qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur. Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur.
Müqavilədə Azərbaycanın payı 51%, Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun