Bir sıra malların idxalı zamanı gömrük rüsumları ləğv edilib

Bir sıra malların idxalı zamanı gömrük rüsumları ləğv edilib
25 Aprel 2017
Mətni dəyiş
Nazirlər Kabineti iki mal növü üzrə gömrük rüsumlarının dərəcələrinin dəyişdirilməsi barədə qərar qəbul edib. Bu malların idxalı sıfır dərəcə ilə olacaq.
Qərara əsasən, 0602 20 900 0 alt yarımmövqeyi üzrə meyvə ağaclarının tingləri və tütün toxumunun (1209 99 990 1) idxalı gömrük rüsumu ödənilmədən həyata keçiriləcək.
Rüsumsuz idxal sənəd qəbul ediləndən (20 aprel) 30 gün ərzində mümkün olacaq. Buna qədər dərəcə 15% və 3% idi.
Qərara Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat, Maliyyə və Kənd Təsərrüfatı nazirliklərinin Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifinə əsasən qəbul edilib. Məqsəd yeni meyvə bağlarının salınmasının stimullaşdırılması və tütünçülüyün inkişafıdır

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun