Bakı-Tbilisi-Qars layihəsinin ləngiməsinin səbəbləri açıqlanıb

Bakı-Tbilisi-Qars layihəsinin ləngiməsinin səbəbləri açıqlanıb
1 Aprel 2017
Mətni dəyiş
“Bu il Bakı-Tbilisi-Qars layihəsində işlər çox irəli getməli idi, amma qışın sərt keçməsi bu işlərə maneə yaratdı”.
APA xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib.
“Bu il Qarsda 47-54 dərəcə şaxta olub, ona görə işlər yubanıb. Qarsda 80 kilometrlik yolun 27 kilometrinin üst yatağı artıq düzülüb. Gələn ay Qarsda Türkiyəli nazir Əhməd Arslanla görüşəcəyəm. Bu il avqustun axırı, sentyabrın əvvəlinə kimi Qars yolunu aça bilərik. Bizə mane olacaq bir məsələ qalmayıb. Azərbaycan və Gürcüstan tərəfdə işlər demək olar ki, tam yekunlaşıb. Burada təxmini 10-15% iş qalıb. Türkiyə tərəfdə isə tikini işləri hələ qalıb”, - deyə C.Qurbanov bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun