Bakı-Tbilisi-Bakı sürət qatarında gediş haqqı tarifləri aşağı salınıb

Bakı-Tbilisi-Bakı sürət qatarında gediş haqqı tarifləri aşağı salınıb
1 Aprel 2017
Mətni dəyiş
Bu gündən etibarən 38/37 nömrəli Bakı-Tbilisi-Bakı sürət qatarında gediş haqqı tarifləri aşağı salınıb. 
"Report" xəbər verir ki,, dəyişiklikdən əvvəl Bakıdan Tbilisiyə kimi gediş haqqı yataq dəstinin istifadəsi və komisyon yığım daxil olmaqla, plaskart vaqonda 30,16 AZN, kupe vaqonda 44,50 AZN və SV vaqonda 83,77 AZN təşkil edirdisə, gediş haqları aşağı salındıqdan sonra plaskart vaqonda 24,54 AZN, kupe vaqonda 35,32 AZN və SV vaqonda 58.43 AZN təşkil edəcək.
İsveçrə frankının Azərbaycan manatına olan məzənnəsi dəyişdiyi halda gediş haqqı da dəyişəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun