Son dövrlər Azərbaycandan köçən insanların sayının artdığı müşahidə olunur. İnsanların ölkədən köçməyinin səbəbi kimi ölkədəki böhran, sosial vəziyyətin ağırlığı göstərilir. Miqrasiya həm də beyin axını deməkdir, istedadlı, bacarıqlı, savadlı insanlar bu axında inkişaf etmiş cəmiyyətlərə üz tuturlar.
Abzas.net olaraq, son dövrlər Azərbaycandan gedən informasiya texnologiyaları mütəxəssisləri barədə xeberler.az saytının hazırladığı məqaləni təqdim edirik.
Ramin Orucovu yəqin ki, çoxlarımız tanıyırıq. Belə ki, Big Data üzrə İT mütəxəssis Azərbaycanda təşkil olunan müxtəlif İKT layihə və tədbirlərin təşkilatçılığında yaxından iştirak edib.
O, uzun illər Azercell şirkətində İT sahəsi üzrə bölmə müdiri vəzifəsində çalışıb.
Ramin Orucov 4 ay əvvəl Polşaya köçüb. Həmyerlimiz hazırda Varşavada Luxoft sirkətində Big Data mühəndisi işləyir.
[caption id="attachment_30131" align="alignnone" width="800"]
Ramin Orucov[/caption]
Rəqəmsal marketinq üzrə təlimləri ilə tanıdığımız mütəxəssis Fərhad Ələkbərov da ölkəni tərk edib. Belə ki, həmyerlimiz ötən ildən ailəsi ilə ABŞ-a köçüb.
Öyrənirik ki, Fərhad Ələkbərov hazırda ABŞ-da rəqəmsal marketinq və marketinq yönümlü veb-saytların yaradılması ilə məşğuldur. O, ötən il sentyabr ayından rəsmi olaraq New America College-də çalışır.
[caption id="attachment_30135" align="alignnone" width="1192"]
Fərhad Ələkrəbov[/caption]
Adil Əliyev də Cənubi Koreyaya köçən İT mütəxəssislərimizdəndir.
Belə ki, həmyerlimiz 2 ilə yaxındır ki, Samsung Electronics şirkətinin baş ofisində veb platformalar qrupunda mühəndis (proqram təminatı üzrə) olaraq çalışır.
Qeyd edək ki, Adil Əliyev 2006-cı ildən 2012-yə qədər Azərbaycanda İDRAK Texnoloji Transfer şirkətində çalışıb. Bununla yanaşı, mütəxəssis müxtəlif İT layihələrdə iştirak edib.
O, həmçinin Azərbaycanda müxtəlif universitetlərdə dərs də keçib.
Maraqlı bir faktı da öyrənirik ki, Adil Əliyev Prezident yanında Dövlət idarəçilik Akademiyasında elə işə başladığı semestrin sonu kənarlaşdırılıb.
Onun ölkəni tərk etmədən öncə son iş yeri isə Azercell şirkəti olub.
Həmyerlimizlə söhbət zamanı öyrənirik ki, hələlik onun da ölkəyə qayıtmaq fikri yoxdur. Belə ki, bundan sonra da o, fəaliyyətinə xaricdə davam etməyi planlaşdırır.
İT mütəxəssis Samsung şirkətindəki işindən razıdır. Deyir ki, peşəkarlarla çalışmaq və daim texnoloji trendləri izləmək zövqverici işdir:
“Nəinki trendləri izləmək, hətta trendləri yaradan komandanın üzvü olmaq isə ayrı zövq verir”.
Xatırdaq ki, ötən günlərdə Samsung daha 2 yeni yeni smartfonunu təqdim etdi.
[caption id="attachment_30137" align="alignnone" width="960"]
Adil Əliyev[/caption]
Azərbaycanın startap ekosistemindən tanıdığımız Qərib Mehdiyev də uzun illərdir ABŞ-da yaşayır və İT sektorunda çalışır.
O, WeTravel layihəsinin həmtəsisçisidir. Hazırda layihə ABŞ-dan idarə edilir.
[caption id="attachment_30138" align="alignnone" width="804"]
Qərib Mehdiyev[/caption]
Azərbaycanda 6 ildən çox müxtəlif şirkətlərdə çalışan Sabir Əlizadə də Almaniyaya köçüb.
Keçmiş Qafqaz Universitetinin tələbəsi olan proqramçı hazırda Aachen şəhərində həm magistratura təhsili alır, həm də Software üzrə proqramçı işləyir.
Həmyerlimiz bildirib ki, təhsilini başa vurduqdan sonra öyrəndiklərini xaricdə tətbiq etməyi planlaşdırır.
[caption id="attachment_30139" align="alignnone" width="1000"]
Sabir Əlizadə[/caption]
Azərbaycanda 6 ildən çox müxtəlif şirkətlərdə çalışan Sabir Əlizadə də Almaniyaya köçüb.
Keçmiş Qafqaz Universitetinin tələbəsi olan proqramçı hazırda Aachen şəhərində həm magistratura təhsili alır, həm də Software üzrə proqramçı işləyir.
Həmyerlimiz bildirib ki, təhsilini başa vurduqdan sonra öyrəndiklərini xaricdə tətbiq etməyi planlaşdırır.
[caption id="attachment_30141" align="alignnone" width="731"]
Elxan Şahverdiyev[/caption]
Xaricə köçən proqramçılardan biri də Elxan Şahverdiyevdir. Öyrənirik ki, o, hazırda Estoniyanın Tartu şəhərində Software engineer üzrə magistr təhsili alır.
Elxan Şahverdiyev həmçinin Belarusiya üçün developer xidməti də göstərir.
Həmyerilimiz deyir ki, ölkəyə qayıtmaq fikri yoxdur. O da fəaliyyətinə xaricdə davam etməyi planlaşdırır.
Azərbaycanın İT sektorunda öz fəaliyyəti ilə seçilən Rüfatət (Rüfət) Babakişiyev də bu yaxınlarda ölkəni tərk edib.
Həmyerlimiz hazırda Birləşmiş Ərəb Əmirliklərindədir.