25 Aprel 2017
Mətni dəyiş
Azərbaycan tərəfindən Yəmənə humanitar yardım göstərilib.
Azərbaycan XİN-dən verilən məlumata görə, İsveçrənin Cenevrə şəhərində Yəməndə davam edən humanitar böhranla əlaqədar yardımın göstərilməsi məqsədilə BMT-nin Yüksək Səviyyəli Donor Konfransı keçirilib.
Tədbirdə Azərbaycanı Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev təmsil edib.
İslam həmrəyliyi prinsipinə daim sadiq olan və 2017-cil ilin “İslam həmrəyliyi ili” elan edilən Azərbaycan tərəfindən genişmiqyaslı humanitar böhranın yaşandığı Yəmənə Donor Konfransı əsnasında humanitar yardımın göstərildiyi qeyd olunub.